ABŞ prezidentinin administrasiyası Bakı və İrəvan arasında münasibətlərin normallaşmasına maraq göstərir.
"Report"un məlumatına görə, bunu Türkiyə KİV-ə müsahibəsində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.
O qeyd edib ki, Ermənistanın ABŞ administrasiyası ilə əlaqələri var.
"ABŞ-nin yeni administrasiyası sülh sazişinin mətni ilə bağlı razılığımız haqqında bəyanatlarımızı alqışlayıb. Yeni administrasiya tərəfindən Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına maraq görünür. Bu impulsları müşahidə edirik", - Ermənistan XİN başçısı əlavə edib.
Azərbaycanla sülh sazişinin imzalanacağı mümkün yer barədə şərh verən A.Mirzoyan, tədbirin iki ölkənin sərhədində keçirilməsi ideyasının olduğunu qeyd edib: "Bir neçə paytaxt da öz xidmətlərini təklif edir. Mən heç bir variantı istisna etmirəm".