Coşkun Yılmaz: İslamofobiya ilə mübarizədə hamımızın böyük bir səylə hərəkət etməsi lazımdır

Bu gün dialoq bəşəriyyət üçün ən vacib məsələdir.

"Report"un məlumatına görə, bunu Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Coşkun Yılmaz Bakıda Beynəlxalq təşkilatların 3-cü yüksək səviyyəli görüşü və Bakı Prosesi çərçivəsində nazirlərin 6-cı görüşünün xüsusi birgə sessiyası çərçivəsində "Tərəfdaşlıqdan birgə fəaliyyətə: süni intellekt dövründə mədəniyyətlərarası dialoq naminə qlobal qarşılıqlı fəaliyyətin gücləndirilməsi" adlı müzakirədə deyib.

Onun sözlərinə görə, Türkiyə tarixi mirası və təcrübəsi ilə dialoq, çoxmillətliliyə hörmət sahəsində misilsiz bir təcrübəyə malikdir.

"Nəticə etibarilə, Türkiyə 2005-ci ildə Birləşmiş Millətlər Təşkilatında təsis edilmiş Mədəniyyətlər İttifaqının qurucusudur".

Nazir müavini islamofobiya ilə mübarizə məsələsinə də diqqət çəkib.

"Həm əcnəbilərin hüquqlarını qorumaq məsələsində, həm də islamofobiya ilə mübarizədə hamımızın böyük bir səylə və əməkdaşlıq şəraitində hərəkət etməsi lazımdır. Mən bu kontekstdə Prezident İlham Əliyevin forumun açılışındakı çıxışını önəmli hesab etdiyimi qeyd etmək istəyirəm".

Coşkun Yılmaz Türkiyənin yerləşdiyi coğrafiyanın tarix boyunca fərqli dillərin, mədəniyyətlərin və sivilizasiyaların qarşılaşdığı, qarşılıqlı əlaqədə olduğu və ortaq bir mədəni irsin formalaşdığı bir mərkəz olduğunu da vurğulayıb.

Digər xəbərlər