Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı səfiri Ferqus Auld İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyevlə görüşüb.
"Report" xəbər verir ki, bu barədə o, rəsmi "X" hesabında paylaşım edib.
Bildirib ki, görüş çərçivəsində ölkələr arasındakı əməkdaşlığın daha da genişləndirilməsi imkanları müzakirə edilib.