Azərbaycan və Almaniyanın XİN başçıları Ermənistanla normallaşma prosesini müzakirə ediblər

Azərbaycan və Almaniyanın xarici işlər nazirləri Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə ediblər.

"Report"un məlumatına görə, bu barədə xarici işlər naziri Ceyhun Bayramov almaniyalı həmkarı Yohan Vadefulla ikitərəfli görüşünü şərh edərkən deyib.

Nazir bildirib ki, Azərbaycanın ərazi bütövlüyünün bərpası, postmüharibə dövrü, Vaşinqton görüşü, eləcə də azad olunmuş ərazilərə qayıdış, mina təhdidləri kimi məsələlər də görüş zamanı müzakirə edilib:

"Eyni zamanda, həm Yaxın Şərq, həm də Şərqi Avropada davam edən münaqişələrin risk faktorları müzakirəmizin mövzusu oldu. Biz bir daha münaqaişələrin diplomatik yolla həlli üçün səylərin birləşdirilməsinin vacibliyini qeyd etdik".

Digər xəbərlər