ABŞ Dövlət Departamentinin Enerji Resursları Bürosunun baş məsləhətçisi Erik Ceykobs Azərbaycana gəlib.
"Report" xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyi məlumat yayıb.
Bildirilib ki, səfər çərçivəsində o, cümə günü Cənub Qaz Dəhlizi Məşvərət Şurasının 11-ci Nazirlər Görüşündə açılış nitqi ilə çıxış edəcək:
"Səfəri zamanı baş məsləhətçi hökumət rəsmiləri, enerji sektorundakı liderlər və sahə mütəxəssisləri ilə görüşəcək, enerji təhlükəsizliyinin əhəmiyyətini müzakirə edəcək, ABŞ-nin enerji liderliyini vurğulayacaq və hər iki ölkə üçün enerji bolluğu və daha böyük rifah yaratmaq imkanlarını araşdıracaq".