Dövlət Turizm Agentliyi təşkilatçılıq və reklama 6 milyon manat xərcləyəcək

Dövlət Turizm Agentliyi xaricdə iştirak edəcəyi tədbirlərdə təşkilati işlərin və reklam kampaniyasının həyata keçirilməsi ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

"Report" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi “Bakı Media Mərkəzi” MMC-dir.

Qalib şirkətə 6,03 milyon manat ödəniləcək.

Digər xəbərlər

Qaxda turizm festivalı keçirilib 12 oktyabr, 2026 / 13:00