Zəka Mirzəyev Ucarda rayon sakinlərini qəbul edəcək

Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri Zəka Mirzəyev noyabrın 25-də saat 11:00-da Ucarda rayon sakinlərini qəbul edəcək.

"Report" xəbər verir ki, bu barədə Fond məlumat yayıb.

Pensiya, sosial müavinət, təqaüd, ünvanlı dövlət sosial yardımı və fərdi uçotla bağlı sualınız varsa, noyabrın 19-dək Fondun Ucar rayonunda yerləşən qəbul şöbəsinə müraciət etməklə və ya (055) 912-34-22 telefon nömrəsinə zəng edib, dsmf_vqrsbid@sosial.gov.az elektron ünvanına yazıb, eləcə də DSMF-nin sosial şəbəkə hesabları vasitəsilə müraciət edib qeydiyyatdan keçməklə qəbula yazıla bilərsiniz.

Digər xəbərlər