Bakı, Sumqayıt və Abşeron üzrə pensiyaların ödəniləcəyi tarix açıqlanıb

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə noyabrın 7-də pensiyaların ödənişinin həyata keçirilməsi nəzərdə tutulub.

Bu barədə "Report"a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

Bildirilib ki, güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları bu ay da qrafik üzrə ödəniləcək.

Digər xəbərlər