Naxçıvan Muxtar Respublikası əhalisinin sayı artıb.
Bu barədə “Report” muxtar respublikanın Dövlət Statistika Komitəsinin mətbuat xidmətinə istinadən xəbər verir.
Qeyd edilir ki, 1 fevral 2020-ci il tarixə muxtar respublika əhalisinin sayı bir il öncəyə nisbətdə 3 515 nəfər artıb. Hazırda Naxçıvan əhalisinin sayı 459 min 831 nəfərdir.