Fevralın 14-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva onkoloji xəstəlikdən əziyyət çəkən uşaqlarla görüşüb.
"Report" AZƏRTAC-a istinadən xəbər verir ki, Milli Onkologiya Mərkəzinin nəzdindəki Uşaq Onkologiya Klinikasında keçirilən görüş zamanı Leyla Əliyeva uşaqların səhhəti və müalicələrinin gedişi ilə maraqlanıb.
Klinikada müalicə olunan uşaqlara hədiyyələr təqdim edilib.