Bakı. 9 dekabr. REPORT.AZ/ Bakının Pirallahı rayonunda Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə 140 və 100 yerlik körpələr evi-uşaq bağçası tikilir. Bu barədə "Report" Heydər Əliyev Fondunun rəsmi saytına istinad edərək məlumat verir.
Yeni körpələr evi-uşaq bağçasının inşasında məqsəd 6 yaşadək uşaqların məktəbəqədər tərbiyə müəssisələrinə olan tələbatının ödənilməsidir.