Dövlət başçısı: "Daim sosial sahəyə xüsusi diqqət göstərilir"

“Bizim siyasətimizin təməlində insan faktoru mərkəzdə olduğu üçün daim sosial sahəyə xüsusi diqqət göstərilir”.

"Report"un xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsində deyib.

“Maaşların, pensiyaların, təqaüdlərin qaldırılması, sosial obyektlərin yaradılması, şəhid ailələrinə, keçmiş məcburi köçkünlərə diqqətin göstərilməsi - bütün bu sosial paket imkan verirdi ki, iqtisadi islahatları biz uğurla həyata keçirək. Keçən il qəbul edilmiş qərarın məqsədində bu faktor dayanır”, - Prezident vurğulayıb.

Digər xəbərlər