Bakı. 15 sentyabr. REPORT.AZ/ Sentyabrın 15-də Bakının Xəzər rayonunun Türkan qəsəbəsində sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 saylı respublika xüsusi internat məktəbi yenidənqurma işlərindən sonra istifadəyə verilib. Report-un məlumatına görə, Heydər Əliyev Fondunun təşəbbüsü ilə yenidən qurulan internat məktəbinin açılış mərasimində Azərbaycanın birinci xanımı, Fondun prezidenti, Milli Məclisə Xəzər rayonundan deputat seçilmiş Mehriban Əliyeva iştirak edib.
- Qeyd edək ki, internat məktəbi Heydər Əliyev Fondunun “Uşaq evləri və internat məktəblərinin inkişafı” Proqramı çərçivəsində yenidən qurulub.
- Məktəbdə nitq qüsuru olan 175 şagird təhsil alır və yaşayır. İnternat məktəbində yeni korpuslar tikilib, müasir avadanlıq quraşdırılıb. Burada şagirdlər ümumi təhsil almaqla yanaşı loqopedlər tərəfindən müalicə olunurlar. Onlara müalicəvi bədən tərbiyəsi və musiqili ritmika dərsləri keçirilir. Məktəbin üçmərtəbəli tədris korpusu tamamilə yenidən qurulub, müasir sinif otaqları, kompüter, kitabxana, yeni idman zalı, aviasiya bilikləri, rəsm otaqları, xalçaçılıq kabineti, istirahət, şahmat otaqları yaradılıb, mebel və digər lazımi avadanlıqla təmin olunub. Məktəbdə 200 nəfərlik yeni yeməkxana, həkim, inyeksiya otaqları və tibb məntəqəsi fəaliyyət göstərir. Təhsil ocağında şagirdlərin gecələməsi üçün 20 palata, hər biri 60 nəfərlik 2 televizor zalı, 120 nəfərlik akt zalı var. Məktəbdə ikimərtəbəli yeni tədris-istirahət və məişət korpusları da tikilib, ərazidə müxtəlif idman ləvazimatları ilə təchiz edilən futbol, voleybol və basketbol meydançaları inşa edilib. Burada əsaslı abadlıq və yaşıllaşdırma işləri aparılıb. Yenidənqurma işlərindən sonra məktəb kompleksi 4 korpusdan, açıq tipli 3 idman meydançasından və 1 qapalı idman zalından ibarətdir.
Azərbaycanın birinci xanımı Türkandakı respublika xüsusi internat məktəbinin açılışında iştirak edib
Digər xəbərlər
Ölkə üzrə bu ayın bütün sosial ödənişləri başa çatdırılıb
23 oktyabr, 2026 / 17:46
Naxçıvanda oktyabr ayı üzrə bütün növ sosial müavinətlər ödənilib
23 oktyabr, 2026 / 17:40
Azərbaycan, Türkiyə və Özbəkistan arasında sosial müdafiə sahəsində əməkdaşlıq müzakirə olunub
23 oktyabr, 2026 / 14:26
Cari ilin 9 ayında reabilitasiya mərkəzlərində 115 minə yaxın şəxsə xidmət göstərilib
23 oktyabr, 2026 / 12:50
Ülvi Mehdiyev: ASAN xidmət modeli ilə dünyada 600-dən çox xidmət mərkəzi yaradılıb
23 oktyabr, 2026 / 11:26
Gənc könüllülər Şəkidə dayanıqlı inkişaf mövzusunda təlimlər keçiblər
22 oktyabr, 2026 / 11:52
Hasil Abbasov: Azərbaycanda ilk dəfə vətəndaşlara Simental və Holstein cinsindən heyvanlar verilib
21 oktyabr, 2026 / 16:33
Ağdam, Xocalı və Laçına qayıdan sakinlərə cins mal-qara paylanılıb - Yenilənib
21 oktyabr, 2026 / 15:19
Dövlət Komitəsi Ailə institutu – 2040 layihəsi üzərində işləyir
21 oktyabr, 2026 / 11:51
Süni intellekt savadlılığı proqramı 7 000-dən çox vətəndaşı əhatə edib
21 oktyabr, 2026 / 10:23
Bir Ömrün Konstitusiyası sənədli filminin Bakı və Naxçıvanda təqdimat mərasimləri keçirilib
21 oktyabr, 2026 / 10:05
Ev, otaq yoldaşı və usta — bir ünvanda: Birev.az
20 oktyabr, 2026 / 15:36
Hafiz Səfixanov: Minatəmizləmədə itlərdən istifadə çox əlverişlidir
20 oktyabr, 2026 / 12:53
Azərbaycanda oktyabr ayının pensiya ödənişləri yekunlaşıb
20 oktyabr, 2026 / 11:40
Zəngilanda 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb olunub
20 oktyabr, 2026 / 10:50
Ağdərə rayonunun Heyvalı kəndinin sakinləri sosial müdafiə tədbirləri ilə bağlı maarifləndirilib
19 oktyabr, 2026 / 19:52
Azərbaycan və Özbəkistan həmkarlar ittifaqları arasında əməkdaşlıq haqqında memorandum imzalanıb
18 oktyabr, 2026 / 10:30
Füzuliyə köçürülən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib
17 oktyabr, 2026 / 09:10
Cəlilabadda növbəti əmək yarmarkası keçirilib
16 oktyabr, 2026 / 19:07