"Azərbaycan Televizya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) əməkdaşları II Dünya müharibəsi veteranlarını 9 May Qələbə günü münasibəti ilə təbrik etmək üçün onların yaşadıqları ünvanlara baş çəkiblər.
AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumatına görə, televiziyanın aparıcıları Bakı şəhərində yaşayan müharibə veteranları ilə yaşadıqları ünvanlarda görüşərək bayram hədiyyələri təqdim ediblər, həmsöhbət olublar.