Azad edilmiş ərazilərdə işləyən mütəxəssislərə gələn il birdəfəlik müavinətlər verilməsi üçün mexanizm hələ müəyyənləşməyib

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssisə ilkin maddi-məişət şəraitinin dəstəklənməsi üçün növbəti ildə birdəfəlik müavinətlərin verilməsi mexanizmi hələ tam dəqiq deyil.

"Report" xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun (DSMF) rəhbəri Himalay Məmişov 2022-ci ilin yekunlarına dair mətbuat konfransında deyib.

Onun sözlərinə görə, nazirlik tərəfindən birdəfəlik müavinətlərin müraciətlər əsasında təyin edilməsi nəzərdə tutulur:

"Mexanizm hazır olandan sonra prossesin proaktiv qaydada həyata keçirilməsinə çalışacağıq ki, qısa zaman da reallaşdırmasına nail olaq".

Digər xəbərlər