Ötən ay Azərbaycanda tikinti materiallarının istehsalı 85 % artıb

2022-ci ilin yanvar ayında Azərbaycanda tikinti materiallarının istehsalının ümumi dәyәri 62,3 milyon manat olmaqla, 2021-ci ilin yanvar ayı ilə müqayisәdә 85,1 % artıb.

“Report” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu ilin yanvar ayında ölkədə 219,5 min ton sement istehsal edilib ki, bu da əvvəlki ilin ilk ayına nisbətən 6 % azdır.

Bundan başqa, 4,5 min ton asfalt istehsal edilib ki, bu da illik müqayisədə 32,4 % çoxdur.

Tikinti kərpicinin istehsalı 44,4 % artaraq 54 min kubmetr, tikinti gipsinin istehsalı 18,2 % artaraq 1,3 min ton, tikinti əhənginin istehsalı 9,4 % azalaraq 2,9 min ton, sementdən, süni daşdan və yaxud betondan tikinti blokları və kərpiclərinin istehsalı 3,5 dəfə artaraq 11,2 min ton olub.

Bu ilin yanvar ayında ölkədə betondan yığma tikinti konstruksiyalarının istehsalı 69,4 % artaraq 6,1 min kubmetr, emal edilmiş mərmər, travertin, alebastr və onlardan məmulatların istehsalı 4,4 dəfə artaraq 1 milyon 388,7 min ton, hörmə üçün hazır beton qarışığının istehsalı isə 41,7 % artaraq 191,4 min ton təşkil edib.

Digər xəbərlər