Azərbaycan əhəng daşı istehsalını 35 % artırıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 329 min ton inşaat üçün əhəng daşı istehsal edilib.

"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 35 % çoxdur.

Bu il noyabrın 1-nə, sənaye müəssisələrinin anbarlarında 0,8 min ton hazır məhsul ehtiyatı olub.

2025-ci ildə Azərbaycanda 309 min ton inşaat üçün əhəng daşı istehsal edilib ki, bu da 2024-cü illə müqayisədə 59 % azdır.

Digər xəbərlər