Azərbaycan armatur istehsalını 13 % artırıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 346,5 min ton armatur istehsal edilib.

"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13,1 % çoxdur.

Bu il noyabrın 1-nə, sənaye müəssisələrinin anbarlarında 14,3 min ton hazır məhsul ehtiyatı olub.

2025-ci ildə Azərbaycanda 389 min ton armatur istehsal edilib ki, bu da 2024-cü illə müqayisədə 11,6 % azdır.

Digər xəbərlər