4SİM: Müəssisələrdə rəqəmsal inkişaf "Lumina" platforması ilə qiymətləndiriləcək

Azərbaycandakı müəssisələrdə rəqəmsal inkişaf "Lumina" platforması ilə qiymətləndiriləcək.

"Report" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında IV Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) "Rəqəmsal İqtisadiyyatın İnkişafına Dəstək Proqramı" üzrə layihə rəhbəri Sahil Balazadə Bakıda keçirilən "Sənayenin texnoloji və yaşıl Transformasiyası" adlı tədbirdə bildirib.

Onun sözlərinə görə, platforma Dünya İqtisadi Forumundan qaynaqlanır: "Bu, qabaqcıl zavodların öz təcrübələrini paylaşdığı, süni intellekt əsaslı platformadır. Biz bu platformanı daha çox 2027-ci ildə başlayacaq seçim prosesində sınaqdan keçirəcəyik. Belə ki, prosesə qoşulacaq şirkətlər ilkin indekslərini bu platforma üzərindən formalaşdıracaqlar.

Artıq 18 müəssisə rəqəmsal həllərini, yəni "use case"lərini tətbiq etdikdən sonra onlara yenidən bu imkanı yaradacağıq. Beləliklə, "Lumina" platforması vasitəsilə müəssisələrin ilkin vəziyyətini və verdiyimiz indeksləri, rəqəmsal həllərin tətbiqindən sonra isə hansı səviyyəyə çatdıqlarını müqayisə edə biləcəyik".

Digər xəbərlər