Azərbaycan qızıl ixracından gəlirini 32 %-ə yaxın artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 313,1 milyon ABŞ dolları dəyərində qızıl ixrac edib.

"Report" xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı "İxrac İcmalı"nın oktyabr sayında bildirilir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 31,55 % çoxdur.

Təkcə sentyabrda isə Azərbaycan 41,9 milyon ABŞ dolları dəyərində qızıl ixrac edib. Bu isə 1 il əvvələ nisbətən 8,4 % azdır.

9 ay ərzində Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 20,5 % artaraq 3,2 milyard ABŞ dolları təşkil edib.

Digər xəbərlər