Azərbaycanda tikinti materiallarının istehsalı 22%-dən çox artıb

Azərbaycanda tikinti materiallarının istehsalı 22%-dən çox artıb Sementdən, süni daşdan və ya betondan tikinti blokları və kərpiclərinin istehsalı 59,3% artıb
İnfrastruktur
20 May , 2021 16:04
Azərbaycanda tikinti materiallarının istehsalı 22%-dən çox artıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda tikinti materiallarının istehsalı sahәsindә istehsalın ümumi dәyәri 219,7 mln manat olmaqla, әvvәlki ilin müvafiq dövrü ilә müqayisәdә 22,5% artıb.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu ilin yanvar-aprel ayları ilə müqayisədə ölkədə 963,2 min ton sement istehsal edilib ki, bu da ötən ilin yanvar-aprel ayları ilə müqayisədə 5,7% azdır.

Bu ilin 4 ayında ölkədə 8 min ton asfalt istehsal edilib ki, bu da ötən ilin 4 ayı ilə müqayisədə 82,9% azdır. Bu ilin ilk 4 ayında tikinti kərpicinin istehsalı 5,7% artaraq 149,3 min kubmetr təşkil edib.

Tikinti gipsinin istehsalı 25,5% artaraq 5,9 min ton olub. Yanvar-aprel aylarında tikinti əhənginin istehsalı 18,3% artaraq 12,3 min ton təşkil edib.

Yanvar-aprel aylarında sementdən, süni daşdan və ya betondan tikinti blokları və kərpiclərinin istehsalı 21,5 min ton olaraq, ötən ilin yanvar-aprel ayları ilə müqayisədə 59,3% artıb. Betondan yığma tikinti konstruksiyalarının istehsalı da 29,6% azalaraq 9,5 min kubmetr təşkil edib.

Ötən yanvar-aprel ayları ərzində ölkədə emal edilmiş mərmər, travertin, alebastr və onlardan məmulatların istehsalı 87,2% artaraq 9 534,9 min ton təşkil edib.

Bu müddət ərzində ölkədə hörmə üçün hazır beton qarışığının istehsalı da 39,2% artaraq 716,6 min ton təşkil edib.

Son xəbərlər

Orphus sistemi