2025-ci ildə Naxçıvan Muxtar Respublikasında 474,2 milyon manat dəyərində sənaye məhsulu istehsal olunub.
Bu barədə "Report"un yerli bürosuna Naxçıvanın Dövlət Statistika Komitəsindən bildirilib.
Məlumata görə, bu, 2024-cü illə müqayisədə 7,2 % çoxdur.
Xatırladaq ki, ötən il ölkədəki sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar 63,1 milyard manatlıq və yaxud 2024-cü ilə nisbətən 1 % az sənaye məhsulu istehsal edib.
Son 1 ildə neft-qaz sektorunda məhsul istehsalı 2 % azalıb, qeyri neft-qaz sektorunda isə 5,5 % artıb.