Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda tikinti materialları istehsalının ümumi dәyәri 783,4 milyon manat olmaqla, әvvәlki ilin müvafiq dövrü ilә müqayisәdә 83,7% artıb.
“Report” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Hesabat dövründə ölkədə 3 milyon 189,5 min ton sement istehsal edilib ki, bu da ötən ilin yanvar-noyabr ayları ilə müqayisədə 4,3% çoxdur.
Bundan başqa, 11 ayda ölkədə 175,7 min ton asfalt istehsal edilib ki, bu da ötən ilin 11 ayı ilə müqayisədə 13,9% azdır. Bu ilin 11 ayında tikinti kərpicinin istehsalı 34,2% artaraq 617,7 min kubmetr təşkil edib.
Tikinti gipsinin istehsalı 43,8% artaraq 29,2 min ton olub. Yanvar-noyabr aylarında tikinti əhənginin istehsalı 4,8% artaraq 32,5 min ton təşkil edib.
Bu ilin yanvar-noyabr aylarında sementdən, süni daşdan və ya betondan tikinti blokları və kərpiclərinin istehsalı 76,6 min ton olaraq, ötən ilin yanvar-noyabr ayları ilə müqayisədə 60,3% artıb. Betondan yığma tikinti konstruksiyalarının istehsalı da 2,1 dəfə artaraq 72,5 min kubmetr təşkil edib.
11 ayda ölkədə emal edilmiş mərmər, travertin, alebastr və onlardan məmulatların istehsalı 55,8% artaraq 35 milyon 200 min ton təşkil edib.
Bu müddət ərzində ölkədə hörmə üçün hazır beton qarışığının istehsalı da 33,4% artaraq 2 milyon 379,6 min ton təşkil edib.