Azərbaycanda ​sənaye məhsullarının istehsalı iyunda ucuzlaşıb

Bakı. 15 iyul.REPORT.AZ/ Bu ilin iyun ayında Azərbaycanda sənaye məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 2,8%, o cümlədən mədənçıxarma sənayesi üzrə 3,8% ucuzlaşıb, emal sənayesi üzrə isə istehsalçı qiymətləri 2,6% bahalaşıb. Bu barədə "Report"a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Hesabat ayında mədənçıxarma sənayesi bölməsində istehsalçı qiymətləri xam neft və təbii qaz hasilatı üzrə 3,9% ucuzlaşıb, metal filizlərinin hasilatı üzrə 1,4% bahalaşıb, daş, qum, çınqıl, duz və digər mədənçıxarma sənayesi məhsullarının hasilatı üzrə isə istehsalçı qiymətlərində heç bir dəyişiklik müşahidə olunmayıb.

İyunda emal sənayesi bölməsində istehsalçı qiymətləri tütün məmulatlarının istehsalı üzrə 7,3%, rezin və plastik kütlə məmulatlarının istehsalı üzrə 0,5%, geyim istehsalı üzrə 0,1% ucuzlaşıb, kimya sənayesi üzrə 5,1%, neft məhsullarının istehsalı üzrə 5,0%, poliqrafiya fəaliyyəti üzrə 0,6%, içki istehsalı üzrə 0,3%, qida məhsullarının və tikinti məmulatlarının istehsalı üzrə 0,2%, dəri, dəridən məmulatların, ayaqqabıların istehsalı, toxuculuq və metallurgiya sənayesi üzrə isə istehsalçı qiymətləri 0,1% bahalaşıb.

Ay ərzində elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələri üzrə isə heç bir dəyişiklik müşahidə olunmayıb.

Digər xəbərlər

Azərbaycan dərman ixrac edə bilər 05 oktyabr, 2026 / 16:26