2025-ci ildə Laçın rayonunda 83,5 min manat dəyərində mebel istehsal edilib.
"Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilə nisbətən 31 dəfə çoxdur.
Hesabat dövründə Laçında 59 milyon 539,7 min manat (8,2 % az) dəyərində sənaye məhsulu (işlər, xidmətlər) istehsal edilib. Onun 47 milyon 227,8 min manatı (6,6 % az) elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatının, 7 milyon 617,5 min manatı (15,6 % çox) mədənçıxarma sənayesinin, 4 milyon 624,2 min manatı (39 % az) emal sənayesinin, 70,2 min manatı (21,2 % çox) su təchizatı, tullantıların təmizlənməsi və emalının payına düşüb.