Azərbaycanda qaymaq, xama, pendir və kəsmik istehsalı artıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda 5 min 121,3 ton qaymaq və xama istehsal edilib.

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 20,5 % çoxdur.

Hesabat dövründə ölkədə pendir və kəsmik istehsalı illik müqayisədə 2,5 % artaraq 27 min 229,4 tona çatıb.

Hesabat dövrünə respublikada qaymaq və xama ehtiyatı olmasa da, 16,8 ton pendir və kəsmik ehtiyatı yaranıb.

Digər xəbərlər

Azərbaycan dərman ixrac edə bilər 05 oktyabr, 2026 / 16:26