Azərbaycanda pambıq mahlıcı istehsalı 33 %-ə yaxın artıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 47,91 min ton pambıq mahlıcı istehsal edilib.

"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 32,6 % çoxdur.

Bu il sentyabr ayının 1-nə ölkədə 16,97 min ton hazır məhsul ehtiyatı olub.

2024-cü ildə Azərbaycanda 73 min ton pambıq mahlıcı istehsal edilib ki, bu da 2023-cü illə müqayisədə 9,9 % azdır.

Digər xəbərlər

Azərbaycan dərman ixrac edə bilər 05 oktyabr, 2026 / 16:26