Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 48,1 min ton pambıq mahlıcı istehsal edilib.
"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 33 % çoxdur.
Bu il oktyabr ayının 1-nə ölkədə 12,3 min ton hazır məhsul ehtiyatı olub.
2024-cü ildə Azərbaycanda 73 min ton pambıq mahlıcı istehsal edilib ki, bu da 2023-cü illə müqayisədə 9,9 % azdır.