Bu ilin yanvar-may aylarında Azərbaycanda 44,32 min ton pambıq mahlıcı istehsal edilib.
“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 30 % çoxdur.
Bu il iyunun 1-nə ölkədə 29,8 min ton hazır məhsul ehtiyatı olub.
Xatırladaq ki, 2024-cü ildə Azərbaycanda 73 min ton pambıq mahlıcı istehsal edilib ki, bu da 2023-cü illə müqayisədə 9,9 % azdır.