Ötən il Azərbaycanda 46,3 min kubmetr betondan yığma tikinti konstruksiyaları istehsal edilib.
“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 40,7 % çoxdur.
Təkcə dekabrda isə ölkədə 10,5 min kubmetr betondan yığma tikinti konstruksiyaları istehsal olunub ki, bu da 1 il əvvələ nisbətən 3 dəfə çoxdur.