Azərbaycanda beton konstruksiya istehsalı ötən ay 3 dəfə artıb

Sənaye
  • 20 yanvar, 2025
  • 12:29
Azərbaycanda beton konstruksiya istehsalı ötən ay 3 dəfə artıb

Ötən il Azərbaycanda 46,3 min kubmetr betondan yığma tikinti konstruksiyaları istehsal edilib.

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 40,7 % çoxdur.

Təkcə dekabrda isə ölkədə 10,5 min kubmetr betondan yığma tikinti konstruksiyaları istehsal olunub ki, bu da 1 il əvvələ nisbətən 3 dəfə çoxdur.