Ötən il Azərbaycanda 253,1 min ton bentonit istehsal edilib.
“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 2 dəfə çoxdur.
Təkcə dekabrda isə ölkədə 28,8 min ton bentonit istehsal olunub ki, bu da 1 il əvvələ nisbətən 4,6 dəfə çoxdur.
Bu il yanvarın 1-nə olan vəziyyətə görə, Azərbaycanda 138,1 min ton hazır məhsul ehtiyatı olub.