Azərbaycanda bentonit istehsalı dekabrda 5 dəfəyə yaxın artıb

Sənaye
  • 20 yanvar, 2025
  • 13:48
Azərbaycanda bentonit istehsalı dekabrda 5 dəfəyə yaxın artıb

Ötən il Azərbaycanda 253,1 min ton bentonit istehsal edilib.

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 2 dəfə çoxdur.

Təkcə dekabrda isə ölkədə 28,8 min ton bentonit istehsal olunub ki, bu da 1 il əvvələ nisbətən 4,6 dəfə çoxdur.

Bu il yanvarın 1-nə olan vəziyyətə görə, Azərbaycanda 138,1 min ton hazır məhsul ehtiyatı olub.

44 filmi