Azərbaycanda ayaqqabı istehsalı 7 % artıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 574 min cüt ayaqqabı istehsal edilib.

"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,9 % çoxdur.

Sentyabrın 1-nə ölkədə 125,5 min cüt hazır məhsul ehtiyatı olub.

2024-cü ildə Azərbaycanda 1 milyon 41 min cüt ayaqqabı istehsal edilib ki, bu da 2023-cü illə müqayisədə 39 % çoxdur.

Digər xəbərlər

Azərbaycan dərman ixrac edə bilər 05 oktyabr, 2026 / 16:26