Azərbaycanda 2026-cı ilə qədər karbamid istehsalı layihə gücünə çatdırılacaq

2022-ci ildə Azərbaycanda 455 min ton karbamidin istehsal edilməsi nəzərdə tutulur.

"Report"un xəbərinə görə, bu barədə "2022-ci il dövlət büdcəsi zərfi haqqında” qanun layihəsində qeyd edilib.

Sənədə əsasən, 2023-cü ildə 617,5 min ton karbamid istehsal edilməsi proqnozlaşdırılır. Bu, 2022-ci ilin göstəriciləri ilə müqayisədə 162,5 min ton və ya 35,7 % çoxdur.

2024-cü ildə isə 650 min ton karbamid istehsal edilməsi proqnozlaşdırılır ki, bu da 2023-cü ilin proqnozu ilə müqayisədə 32,5 min ton və ya 5,26 % çoxdur.

2025-ci ildə də 650 min ton karbamid istehsal edilməsi proqnozlaşdırılır ki, bu 2024-cü ilin göstəricisi ilə eyni olsa da, 2022-ci ilin yekunlarının proqnozu ilə müqayisədə 195 min ton və ya 42,8 % çoxdur.

Qeyd edək ki, Sumqayıt Kimya Sənaye Parkında inşa edilən SOCAR-ın Karbamid Zavodu 2019-cu ilin yanvarın 16-da istifadəyə verilib. Zavod ildə 650-660 min ton karbamid istehsal etmək gücündədir. İstehsal həcminin, təqribən, 70 %-i ixrac üçün nəzərdə tutulub ki, bu da ölkəyə illik 160 milyon ABŞ dollara qədər həcmdə əlavə gəlirin daxil olmasına imkan verəcək.

Karbamid Zavodu hazırda ölkənin qeyri-neft sektorunda reallaşdırılan ən iri layihədir, onun ümumi dəyəri, təqribən, 800 milyon avro təşkil edir. 2019-cu ilin mayın 25-də Karbamid Zavodundan kütləvi olaraq Azərbaycan karbamidinin ilk tədarükü başlayıb. Karbamid Zavodunda maşınlara yüklənir və gəmilərə yüklənmək üçün Hövsan beynəlxalq limanına göndərilir.

Digər xəbərlər

Azərbaycan dərman ixrac edə bilər 05 oktyabr, 2026 / 16:26