Azərbaycan bentonit istehsalını 43 %-ə yaxın artırıb

Bu ilin ilk 9 ayında Azərbaycanda 234 min ton bentonit istehsal edilib.

"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 42,6 % çoxdur.

Bu il oktyabr ayının 1-nə ölkədə 230,8 min ton hazır məhsul ehtiyatı olub.

2024-cü ildə Azərbaycanda 253,1 min ton bentonit istehsal edilib ki, bu da 2023-cü ilə nisbətən 2 dəfə çoxdur.

Digər xəbərlər

Azərbaycan dərman ixrac edə bilər 05 oktyabr, 2026 / 16:26