​Azərbaycan 2015-ci ildə Ukraynadan kartof idxalını artırıb

Bakı. 1 mart. REPORT.AZ/ 2015-ci ildə Ukraynadan Azərbaycana kartof ixracı artıb.

“Report” xəbər verir ki, bu barədə Ukraynanın Kartof İstehsalçıları Assosiasiyasının vitse-prezidenti Sergey Rıbalko məlumat verib.

O, həmçinin əlavə edib ki, Ukrayna 2014-cü ildə rekord həcmdə kartof ixrac edib, bununla yanaşı məhsulun demək olar ki yarısı Krım yarımadası vasitəsilə aparılıb.

Onun sözlərinə görə, 2014-cü ildə Ukraynadan kartof ixracı həcmi təqribən 40 min ton təşkil edib. Lakin qanuni olaraq ixrac olunan həcm cəmi 16 min tona bərabər olub.

Digər xəbərlər

Azərbaycan dərman ixrac edə bilər 05 oktyabr, 2026 / 16:26