Ölkə üzrə toksikoloji və allerqoloji xidmətin təkmilləşdirilməsi ilə bağlı fəaliyyət planı hazırlanıb.
"Report" xəbər verir ki, bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov deyib.
Onun sözlərinə görə, Bakı şəhəri və 8 bölgədə bu sahədə çalışan həkim-mütəxəssislərin təlimləndirilməsi icra edilib, silsilə tədbirlər həyata keçirilib.
TƏBİB sədri onu da qeyd edib ki, Tibbi Şuralar haqqında əsasnamə hazırlanıb və bütün tibb müəssisələrində Tibbi Şuralar yaradılıb.