"Tibbi turizmin inkişafı əsas hədəflərdəndir. Çalışırıq ki, həkimlərimiz ölkə daxilində tanındığı kimi, xaricdə də tanınsın".
"Report" xəbər verir ki, bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov deyib.
Onun sözlərinə görə, Azərbaycan səhiyyəsində qısa zamanda böyük nailiyyətlər əldə edilib: "Bakı və regionlardakı tibb müəssislərində çalışan kifayət qədər peşəkar həkim və rəhbər personal var. Məqsədimiz vətəndaşlarımızın tibbi xidmət üçün xaricə müraciət etməməsi, əksinə xarici vətəndaşların müalicə üçün Azərbaycana gəlməsidir".