TƏBİB rəsmisi: "Vaksindən sonra alkoqollu içkilər, şokolad qəbul edilməməlidir"

"Bəzən vaksin olunduqdan sonra insanlar səhvən onlarda qəbul etdiyi qidanın yaratdığı allergik reaksiyanı peyvəndlə əlaqələndirə bilirlər".

“Report” xəbər verir ki, bunu TƏBİB-in Qida təminatı və nəzarəti şöbəsinin baş mütəxəssisi Şumarə Qaracayeva deyib.

“Eyni zamanda həmin maddələr təsir də göstərə bilər. Buna görə də vaksindən sonra alkoqollu içkilərin, şokoladın qəbulu məsləhət görülmür”, - o bildirib.

Digər xəbərlər