TƏBİB-in tabeliyindəki tibb müəssisələrində 93 465 nəfər fəaliyyət göstərir.
"Report" xəbər verir ki, onlardan 78 120-si qadındır.
Qeyd edək ki, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs (TƏBİB) tabeliyinə verilən dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinin idarə edilməsini və bu sahədə nəzarəti həyata keçirən qurumdur.