Səhiyyə Nazirliyinin eksperti uşaqlarda qalxanabənzər vəzin müalicəsindən danışıb

“Uşaqlarda qalxanabənzər vəzin müalicəsində əməliyyat tam həll yolu deyil”.

“Report” xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, uşaq endokrinoloqu Azad Əkbərzadə deyib.

Onun sözlərinə görə, lazım gəldikdə və ehtiyac yarandıqda əməliyyat həyata keçirilir: “Əməliyyat zamanı biz qalxanabənzər vəzin bir hissəsini kəsib götürürük. Əməliyyat uşağın daha ağrılı prosesdən xilas olması üçün uğurlu bir seçimdir. Geri qalan müalicə prosesi isə dərman preparatları vasitəsi ilə aparılır”.

Digər xəbərlər