Salyanda bir sinif distant təhsilə keçdi

Salyan rayonunda bir sinif fəaliyyəti distant təhsil formasında davam etdiriləcək.

“Report”un Aran bürosunun məlumatına görə, rayonun Arbatan kənd tam orta məktəbində 9-cu sinif şagirdlərinin birində COVID-19 infeksiyası aşkar olunub.

Bu səbəbdən məktəbin sözügedən sinfi Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında distant təhsil sisteminə keçib.

Hazırda rayonun bütün təhsil müəssisələrinə tam nəzarət olunur.

Digər xəbərlər

Mavi rəngə bürünən Bakı 03 aprel, 2026 / 00:46