Bakı. 29 iyun. REPORT.AZ/ "Azərbaycanda qida təhlükəsizliyi ilə bağlı Dövlət Proqramı hazırlanıb".
"Report" xəbər verir ki, bunu Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli bu gün keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, sənəd 7 il müddətini əhatə edəcək: “Artıq bununla bağlı Dövlət Proqramı hazırlanıb və hökumətə təqdim olunacaq".