İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlərin siyahısının genişləndirilməsi təklif edilir.
"Report"un xəbərinə görə, bu, Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) 2022-ci il üzrə illik məruzəsində əksini tapıb.
Məruzəyə əsasən, insan sağlamlığının qorunması üçün vacib hesab edilən bütün tibbi xidmətlərin (xəstəliklərin) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli, 5 nömrəli Qərarı ilə təsdiq edilmiş “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”nə daxil olan tibbi xidmətlərin siyahısına əlavə edilməsi ilə həmin siyahı üzrə xidmətlərin həcminin genişləndirilməsi təklif olunur.