Bakı. 1 iyun. REPORT.AZ/ Səhiyyə Nazirliyi həkimlərin mərkəzləşdirilmiş işə qəbulu ilə bağlı keçirdiyi müsahibələrin nəticələrini açıqlayıb. "Report" xəbər verir ki, müsahibə mərhələsində iştirak edən 128 namizəddən 113-ü müsbət nəticə əldə edib.
Müsahibədən müvəffəqiyyətlə keçən həkimlər iyunun 3-də Səhiyyə Nazirliyinin "Elektron səhiyyə" xidmətindən iş yerlərinə göndərişləri ala bilərlər.