Cəlilabadda 15 kənd məntəqəsinə tibb heyəti axtarılır

Cəlilabad rayonunda bir neçə kənd tibb məntəqələrinə feldşer, tibb bacısı və tibb qardaşı axtarılır.

“Report”un Muğan bürosunun məlumatına görə, həmin tibb ocaqlarında fəaliyyət göstərəcək şəxslərin baza tibb təhsili olmalıdır.

Vakant yerləri olan tibb məntəqələri aşağıdakılardır:

- Qarakazımlı, Şatırlı və Məlikqasımlı kənd həkim məntəqələri;

- Buravar, Dostalı, Novruzallı, Mikayıllı, Dövlətəlibəyli, Abazallı, Sadatlı, Alaşar, Babaxanlı, Fərzili, Çünəxanlı və Mirzəli kənd tibb məntəqələri.

Digər xəbərlər

Mavi rəngə bürünən Bakı 03 aprel, 2026 / 00:46