Bakı. 4 may. REPORT.AZ/ "Bu ilin ötən dövründə xəstəxanamızda 7 xəstəyə qaraciyər, 32 xəstəyə isə böyrək köçürülməsi əməliyyatı icra olunub".
"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Mərkəzi Neftçilər Xəstəxanasının Cərrahiyyə və orqan transplantasiyası şöbəsinin müdiri Mircəlal Kazımi deyib.
O qeyd edib ki, bu il baş tutan əməliyyatlardan sonra xəstələrdə ciddi fəsadlaşma qeydə alınmayıb.
M.Kazımi əlavə edib ki, 2008-ci ildən bu günə kimi isə Mərkəzi Neftçilər Xəstəxanasında 600-dən çox xəstəyə qaraciyər və böyrək köçürülüb: "Xəstələrin nəticələri dünya nəticələri ilə bərabərdir. Eyni zamanda bu günə qədər iki çarpaz böyrək əməliyyatı icra edilib”.