Azərbaycanın Ukrayna ilə birgə əczaçılıq sahəsində logistika zənciri yaratması təklif olunub.
"Report" xəbər verir ki, bu təkliflə Əczaçılar Assosiasiyasının sədri, Azərbaycan Tibb Universitetinin Əczaçılıq kimyası kafedrasının müdiri Tahir Süleymanov 27-ci Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları Sərgisinin ("Medinex 2025") ikinci günü çərçivəsində keçirilən "İkitərəfli əczaçılıq müzakirəsi: Dialoqdan əməkdaşlığa – Ukrayna və Azərbaycanın əczaçılıq imkanları" sessiyasında çıxış edib.
Onun sözlərinə görə, logistika zəncirinə yeni anbarların yaradılması, mərkəzlərin açılması aid ola bilər.