Azərbaycanda koronavirusla bağlı testlərin sayı 550 mini ötdü

Bu gün yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 576 test aparılıb.

“Report” xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

Bununla da Azərbaycanda COVID-19-la bağlı aparılan testlərin sayı 552 311-ə çatıb.

Digər xəbərlər